Meksikada bələdiyyə başçılığına namizəd seçki kampaniyası zamanı öldürülüb


Meksikanın Gerrero ştatında bələdiyyə başçılığına namizəd seçki kampaniyası zamanı silahlı hücum nəticəsində həlak olub.



Koyuka de Benites şəhərinin bələdiyyə başçılığına namizədi Xose Alfredo Kabrera Barrientos Kosta Qrande bölgəsində seçicilərlə görüşüb.

Barrientos tərəfdarlarını salamlayarkən hücuma məruz qalıb. Namizəd hücum zamanı hadisə yerində ölüb.

Bələdiyyə sədrliyinə namizədi öldürən şübhəli polis tərəfindən ərazidə zərərsizləşdirilib.

Kameraya düşən görüntülərdə Barrientos ictimaiyyətlə danışarkən arxadan ona yaxınlaşan naməlum şəxsin hücumuna məruz qalıb.

Qeyd edək ki, Data Civica qeyri-hökumət təşkilatının məlumatına görə, 2023-cü ilin sentyabrından Meksikada 30 siyasətçi öldürülüb.

Meksikada seçicilər iyunun 2-də federal və yerli səviyyələrdə eləcə də prezident seçkilərində səs verəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu