Meksikanın cənubunda hücumda 13 polis həlak olub
Bazar ertəsi Meksikanın cənubundakı Gerrero ştatında azı 13 polis əməkdaşı silahlı qrup tərəfindən hücuma məruz qalıb.
Bu barədə yerli radiostansiya Formula bildirib.
Qeyd edilir ki, hücum Akapulko-Zihuatanexo federal magistral yolunda baş verib. Ən azı daha iki polis əməkdaşı yaralanıb. Hücum edənləri axtarırlar.