Sabahdan bələdiyyə seçkilərinə seçkiqabağı təşviqatın aparılmasına başlanılır




Sabahdan dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılmasına başlanılır.



Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış, 2019-cu il noyabrın 30-dan başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, dekabrın 22-i saat 08:00-da dayandırılır.

Təşviqat kampaniyası qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən aparıla bilər.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu