Prezidentliyə namizədlər nə zaman namizədliyini irəli sürəcək?


Sabahdan etibarən növbədənkənar prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılır.


Prezident İlham Əliyev 2024-cü ildə fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini təmin etmək üçün təcili tədbrilər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə uyğun olaraq növbədənkənar seçkilər elan edildiyi andan 60 gün sonra keçirilir. Belə ki, Prezident seçkilərini elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu