Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub


Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub.


Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci 2 gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu