Meksikada bələdiyyə sədrliyinə 2 namizəd öldürüldü


Meksikada bələdiyyə sədrliyinə namizədlər Noe Ramos Ferretiz və Alberto Qarsiya ayrı-ayrı hücumlar nəticəsində öldürülüb.



Milli mətbuatda yer alan xəbərlərə görə, ölkənin şimalındakı Tamaulipas əyalətinin Ciudad Mante şəhərinin bələdiyyə sədrliyinə namizəd Noe Ramos Ferretiz seçki kampaniyası zamanı bıçaqlı hücuma məruz qalıb.

Ramos Ferretiz hücumda həyatını itirib. Ramos Ferretiz müxalif Milli Fəaliyyət Partiyası (PAN) və İnstitusional İnqilab Partiyasının (PRI) koalisiyası adından Syudad Mante şəhərinin meri vəzifəsinə yenidən namizədliyini irəli sürmüşdü.

Meksikanın cənubundakı Oaxaca ştatının San Xose İndependensiya şəhərinin merliyinə namizəd Alberto Qarsiya itkin düşdüyü bildirildikdən bir gün sonra ölü tapılıb.

Dövlət ittihamçıları öz ifadələrində Qarsiyanın şəhər yaxınlığında döyülərək öldürüldüyünü açıqlayıblar.

Ramos Ferretiz və Qarsiyanın ölümləri iyunun 2-də Meksikada keçiriləcək ümumi və yerli seçkilər ərəfəsində siyasətçilərə qarşı artan zorakılıq aktlarını yenidən gündəmə gətirib.

Hər seçki dövründə siyasətçilərə qarşı zorakılığın artdığı Meksikada 2006-cı ildən bəri 80-dən çox bələdiyyə sədri mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.

Ölkədəki dəstələr seçki dövründə namizədləri hədələyir və zorakılıqdan siyasətçiləri onlarla əməkdaşlığa məcbur etmək üçün alət kimi istifadə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu