Meksikda şəhər meri timsahla evləndi
Meksikanın San Pedro Huamelu şəhərinin meri Viktor Hüqo Sosa öz xalqına uğurlar gətirdiyinə inanılan ənənəvi mərasimlə dişi timsahla evlənib.
Bu barədə Sky News məlumat yayıb.
Gəlin Alicia Adriana adlı bir dişi kayman (timsahların kiçik bir çeşidi) olub. Yerli əfsanələrə görə, bu məxluqa "şahzadə qız" deyilir.
San Pedro Huamelu şəhəri Meksikanın cənubundakı Oaxaca əyalətindəki Chontal yerli xalqının vətənidir.
Bir kişi və bir qadın kayman arasında evlilik 230 il ərzində Meksikada yerli Chontal və Huave xalqları arasında sülhü xatırlamaq üçün baş tutub. Çontalların kralını təmsil edən mer, Huave qəbiləsinin qız şahzadəsini simvolizə edən sürünənlə evlənir və iki icmanın birliyini yekunlaşdırır. Kaymanlar bataqlıqlarda yaşayır və vətəni Meksika və Mərkəzi Amerikadır. Mərasimdən əvvəl heyvan evdən evə aparılır ki, yerli sakinlər onu qucağına alıb rəqs etsinlər. Sürünənə yaşıl ətək, əl ilə işlənmiş rəngli tunika, lent və payetlərdən ibarət baş geyimi geyindirilir, problemdən qaçmaq üçün isə ağzı bağlanır.
Daha sonra ona ağ gəlinlik paltarı geyindirilir və toy üçün yerli bələdiyyə binasına aparılır.