Meksikada avtobus qəzası 18 nəfərin ölümünə səbəb oldu


Meksikada turist avtobusunun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə AFP agentliyi rəsmi Pedro Nunesin bəyanatına istinadən xəbər verir. Hadisə Meksikanın cənubundakı Nayarit ştatında baş verib. Özəl avtobus turistləri Xalisko ştatında yerləşən Qvadalaxaradan qonşu Xalisko əyalətinə Quayabitos çimərliyinə aparırmış. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir, qəzanın səbəblərini müəyyənləşdirirlər.

Zərərçəkənlərin rayonun müxtəlif xəstəxanalarına yerləşdirildiyi qeyd edilir. Nunesin sözlərinə görə, sərnişinlərin hamısı Meksika vətəndaşlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu