Meksikada 6,2 bal gücündə zəlzələ olub


Meksikanın cənubunda, Sakit okean sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.


Azpost.info xəbər verir ki, bu barədə yerli seysmoloji xidmət məlumat yayıb.

Martın 2-də səhər saatlarında qeydə alınan zəlzələnin ocağının on kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Yeraltı təkanların episentri Meksikanın cənubundakı Oaxaka ştatında, Union İdalqo şəhərindən 49 kilometr cənub-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu