Türkmənistanda 5 bal gücündə zəlzələ baş verib


Türkmənistanda 5,0 bal gücündə zəlzələ baş verib.



Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 05:37-də baş verib.

Yeraltı təkanların episentri 68 min nəfər əhalisi olan Türkmənbaşı şəhərindən 52 km şimalda, milyonlarla insanın yaşadığı Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.//report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu