Rusiya məhkəməsi Ukraynanın sabiq baş prokuroru haqda həbs qərarı çıxardı


Ukraynanın keçmiş baş prokuroru barəsində Rusiyada 19 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, Qərb Dairə Hərbi Məhkəməsi Ukraynanın keçmiş baş prokuroru Vitali Yaremi terrorizmi təbliğ etməkdə və Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda təqsirli bilərək qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edib. Hərbi Məhkəmə onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndində (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi barədə bilərəkdən yalan məlumatların yayılması) nəzərdə tutulmuş cinayətlər törətməkdə təqsirli bilib. Sabiq baş prokuror həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi (terrorçuluq fəaliyyətini təşviq etmək) ilə ittiham edilir. O, 19 ilin ilk 3 ilini həbsdə keçirəcək, 16 ili maksimum rejimli koloniyada saxlanacaq. Əlavə olaraq, sabiq məmura 400 min rubl cərimə kəsilib.

Məhkəmə həmçinin Yaremi 3 il müddətinə internetdən istifadə edən sayt və kanalların administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib. Cəza müddəti onun Rusiya Federasiyasına ekstradisiya edildiyi andan və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan hesablanacaqr. Hökm qanuni qüvvəyə minməyib, apellyasiya şikayət verilə bilər.

Yarem 19 iyun 2014-cü ildən 10 fevral 2015-ci ilə qədər Ukraynanın baş prokuroru olub. 2022-ci ilin dekabrında Rusiya Daxili İşlər Nazirliyi Yaremi axtarışa verib və ona qarşı cinayət qərarlarına görə qiyabi ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu