Buça qətliamını etiraf etdiyinə görə həbs edildi


Moskvanın Meşçanski Məhkəməsi müxalifət lideri İlya Yaşini Ukraynanın Buça şəhərinin sakinlərinin qətliamları ilə bağlı yayımladığı videogörüntülərlə bağlı Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda təqsirli bilib.


AFN.az məlumat verir ki, Yaşin cəzasını ümumi rejimli həbsxanada çəkməklə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Yaşin özünü günahsız hesab edir. Rusiya qanunvericiliyinə görə, ordu haqqında uydurma məlumat yaymaq 8,5 il müddətinə cəzanın verilməsini nəzərdə tutur. Bu maddə ilə cəzanın həddi 10 ildir.
Hakim hökmü oxuyaraq, canlı yayım zamanı Yaşinin sözlərini, o cümlədən onun ifadəsini tam sitat gətirib: “Düşünürəm ki, bir çox insanlar saxta məlumat yaymaqda ittiham olunmağa çalışacaqlar”.
İttiham tərəfinin sözlərinə görə, Yaşin cinayəti aprelin 7-də YouTube-da canlı yayım zamanı törədib. Müxalifətçi Buça sakinlərinin rus hərbçiləri tərəfindən öldürüldüyünə dair sübutlar gətirdi. O, həmçinin insanların ölümündə özünün təqsirsizliyində israr edən və hadisəni saxta adlandıran Rusiya tərəfinin arqumentlərini araşdırıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu