Xaçatryana hökm oxundu
Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən V.Xaçatryan ittiham olunduğu maddələrlə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, təyin edilmiş cəzanın 5 ilini həbsxanada, 10 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.