Mədəniyyət nazirinin keçmiş müavini həbs edildi


Rusiya Federasiyası mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilova barəsində Moskvanın Basmannı məhkəməsi tərəfindən 2 aylıq həbs qərarı çıxarılıb.


AFN.az NTV-yə istinadən xəbər verir ki, sabiq nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Yarilovaya qarşı irəli sürülən ittiham təsdiqini taparsa, onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Yarilova Moskvada "Puşkin kartı" proqramı çərçivəsində ayrılmış 200 milyon rubldan çox pulun oğurlanması ilə bağlı aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Olqa Yarilova 2018-ci ildə mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib və ötən ilin payızında öz istəyi ilə istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu