DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib - Saxlanılan nazir müavini istintaqa cəlb edildi - YENİLƏNİB - 3


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.



AFN.az apa-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.


*****

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.



AFN qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

****

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir.



AFN xəbər verir ki, artıq bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb, saxlanılanlar var. Onlar arasında yüksək vəzifəli şəxslər, o cümlədən Təchizat və Əmlak Şöbəsinin müdiri də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu