İsrail HƏMAS-la yeni razılaşmanı istisna etmir


Hazırda İsrail və HƏMAS arasında yeni razılaşmanın əldə olunması mümkündür və bu danışıqlarda İsrail tərəfi nəticə əldə etməyə ümid edir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin bildirib: “Bizim girovların, əsasən də qadınların və uşaqların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Müqavilə müddətində atəşkəs razılaşdırıla bilər, mən bunu istisna etmirəm. Danışıqlar davam edir, biz hamımız dua edirik və ümid edirik ki, həqiqətən də nəticə əldə edəcəyik”.

Eyni zamanda, səfirin sözlərinə görə, İsrail qalib gəldikdən sonra tam atəşkəsdən danışmaq olar. "Qələbə bizim üçün nə deməkdir? Bu, bütün 132 girovun qaytarılması və HƏMAS-ın, onların hərbi və inzibati strukturlarının məhv edilməsidir. Çünki HƏMAS bizim qələbəmizdən sonra Qəzzada qala bilməz. Bu, müharibənin sonu deməkdir. Tam atəşkəslə yalnız biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”, - deyə Qalperin qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu