Qəzzada atəşkəs 2 gün uzadılıb


Qətər Qəzzada HƏMAS və İsrail arasında daha əvvəl razılaşdırılmış atəşkəsin 2 gün daha uzadıldığını açıqlayıb.


Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlama verib.

HƏMAS Telegram hesabından verdiyi açıqlamada Qətər və Misirlə eyni şərtlərlə "humanitar fasilənin" daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyini təsdiqləyib.

HƏMAS və İsrail arasında 4 günlük atəşkəs 24 noyabrda qüvvəyə minib.

Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında olan 150 fələstinlinin azadlığa buraxılması barədə razılıq əldə olunub.

İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində biri kişi, digərləri qadın və uşaq olmaqla 40 israilli məhbus Qəzza zolağından, 117 fələstinli qadın və uşaq isə İsrail həbsxanalarından azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu