Qətər: "Dərman və yardım İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində Qəzzaya daxil olub"


Qətər Xarici İşlər Nazirliyi İsrail ilə HƏMAS hərəkatı arasında imzalanan razılaşma çərçivəsində Qəzza zolağına dərman və yardım daşınmasına başladığını açıqlayıb.



Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari X hesabında məsələ ilə bağlı açıqlama verib.

Ənsari açıqlamasında, israilli məhbuslar da daxil olmaqla, Qəzza zolağında mülki vətəndaşların xeyrinə dünən açıqlanan razılaşmanın icrası çərçivəsində Qəzza zolağına dərman və yardımlar daxil olduğunu qeyd edib.

Qətər dünən İsrail və HƏMAS arasında Qəzzada əsirlərə dərman çatdırılması müqabilində bölgədəki mülki şəxslərə dərman və humanitar yardımların çatdırılmasını əhatə edən razılaşma əldə edildiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu