Qətər: "Qəzzada humanitar fasilənin başlayacağı vaxt 24 saat ərzində elan ediləcək"


Qətər administrasiyası 24 saat ərzində İsrail və HƏMAS arasındakı qarşıdurmalarda humanitar fasilənin nə vaxt başlayacağını açıqlayıb.



Qətər Xarici İşlər Nazirliyi İsrail və Həmas arasında əldə olunan humanitar atəşkəslə bağlı X platformasında açıqlama verib.

Bəyanatda humanitar fasilənin yarandığı və Misir, ABŞ və Qətərin sözdə atəşkəs üçün vasitəçi kimi göstərdiyi səylərin uğurlu olduğu qeyd edilib.

Qətər Xarici İşlər Nazirliyi açıqlamasında Qətər rəhbərliyinin 24 saat ərzində İsrail və HƏMAS arasındakı qarşıdurmalarda humanitar fasilənin nə vaxt başlayacağını açıqlayacağını bildirib.

Açıqlamada qarşıdurmalarda humanitar fasilənin 4 gün olacağı və bu müddətin uzadıla biləcəyi, Qəzza zolağında saxlanılan 50 mülki vətəndaşın, qadın və uşağın azad edilməsi müqabilində bəzi mülki şəxslərin də azad ediləcəyi bildirilib.

Razılaşmaya əsasən, yanacaq da daxil olmaqla humanitar yardım maşınlarının Qəzzaya daxil olmasına icazə veriləcək.

Bəyanatda Qətərin gərginliyin azaldılması, qan tökülməsinin dayandırılması və mülki vətəndaşların müdafiəsi üçün diplomatik səylərini davam etdirəcəyi vurğulanaraq, Misir və ABŞ-ın razılıq əldə etmək səylərinin təqdir edildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu