Yaponiyada sərnişin kabin heyəti üzvünün qolunu dişlədi - Təyyarə gəldiyi yerə qayıtdı


Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkətinə məxsus təyyarə sərnişinin kabin heyəti üzvünün qolunu dişləməsindən sonra Tokioya qayıdıb.



Rəsmi Kyodo agentliyinin məlumatına görə, ANA-nın 118 saylı Tokio-Sietl reysi ilə uçan 55 yaşlı sərnişin kabin xidmətçisinin qolunu dişləyib.

Hadisədən sonra ekipajın müdaxilə etdiyi sərnişin təyyarə havaya qalxdığı Tokiodakı Haneda hava limanına qayıtdıqdan sonra saxlanılıb.

Sözügedən sərnişinin “kabin baxıcısına zərər vurmaq” maddəsi ilə ittiham ediləcəyi bildirilib.

Bildirilib ki, ABŞ vətəndaşı sayılan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu