Braziliyada daşqınlar səbəbindən 300 min nəfər evini tərk edib


Braziliyanın cənubunda daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanların sayı 300 mini keçib.


AFN.az yerli mediaya istinadən xəbər verib ki, təbii fəlakət 107 nəfərin həyatını itirməsinə səbəb olub. Bu barədə Argentina və Uruqvayla sərhəddə yerləşən Rio-Qrande-du-Sul əyalətinin mülki müdafiə xidməti məlumat yayıb. Ümumilikdə, daşqınlardan 1,7 milyon insan zərər çəkib, 134 sakin itkin düşmüş hesab olunur.

Medianın yazdığına görə, Rio Qrande-du-Sul şəhərlərindəki xəstəxanalar təcili olmayan əməliyyatları dayandırıb.

Ötən həftənin əvvəlində Braziliyanın cənubunda güclü yağışlar başlayıb. Prezident Luiz İnasio Lula da Silva bölgəyə səfər edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu