Hindistanda bir sərnişin təyyarənin tualetində bir saatdan çox bağlı qalıb


Hindistanda sərnişin təyyarədə tualetin qapısının nasazlığı səbəbindən bir saatdan çox tualetdə qalıb.



BBC-nin məlumatına görə, Hindistanda bir sərnişin Mumbaydan Banqalunaya uçan SpiceJet Hava Yollarına məxsus təyyarənin tualetində qapının nasazlığı səbəbindən 1 saatdan çox bağlı qalıb.

Aviaşirkətin sözçüsü BBC-yə deyib: "Ekipajımız bütün səyahət boyu sərnişinə yardım və bələdçilik edib. Gələndə mühəndis tualetin qapısını açdıqdan sonra sərnişinə tibbi yardım göstərilib".

Şirkət sosial media hesabında üzrxahlıq mesajı dərc edərək, sərnişin üçün yaranan narahatlığa görə üzr istədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu