Yaponiyada 100 mindən çox qablaşdırılmış çörək satışdan çıxarıldı - SƏBƏB


"PASCO Shikishima" şirkətindən verilən açıqlamada bir neçə paket "Çojuku" dilimlənmiş çörəyin içərisində qara siçan qalıqlarının aşkar edildiyi bildirilib.



Açıqlamada bu çörəkləri yedikdən sonra indiyə qədər heç kimin xəstələnmədiyi bildirilib.

Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı açıqlanıb.

Dövlət televiziyası NHK-nın xəbərinə görə, "PASCO"nun paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbilə dayandırılıb.

Baş ofisi Naqoyada yerləşən "PASCO Shikishima" şirkəti tərəfindən istehsal olunan "Çojuku" çörəyi ölkənin bir çox bazarlarında satılır.

Yaponiyanın tanınmış çörək istehsalçılarından olan "PASCO Shikishima"nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu