Sərnişin təyyarəsi uçuş zamanı pəncərənin partlaması səbəbindən məcburi eniş edib - VİDEO


Alaska Airlines-a məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsi və gövdəsinin bir hissəsi qırıldıqdan sonra Oreqon ştatının Portlend şəhərində təcili eniş edib.



Bu barədə CBS News xəbər verib.

Təyyarənin Kaliforniyaya uçduğu, lakin yarım saat sonra yola düşmə hava limanına qayıtmaq məcburiyyətində qaldığı bildirilib Təyyarədə 174 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb.

Pəncərəsi qırılan Boeing 737-MAX 9 təyyarəsi aviaşirkətə 2023-cü ilin oktyabrında təhvil verilib. Boeing rəsmiləri araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu