Rusiya parlamenti Mişustini baş nazir postuna təsdiqləyib


Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması Rusiya prezidenti Vladimir Putinin namizədi Mixail Mişustini baş nazir postuna təsdiqləyib.


Dövlət Dumasında Mişustinin namizədliyi ilə bağlı səsvermə üçün plenar iclas keçirilib. İclasda Mişustinin çıxışından sonra partiya nümayəndələri də söz alıblar.

Çıxışlar zamanı Kommunist Partiyasının sədri Gennadi Zyuqanov səsvermədə bitərəf qalacaqlarını bəyan edib.

Mişustin ümumi yığıncaqda 432 deputatdan 375-dən “hə” səsini alıb. 57 deputatın bitərəf qaldığı səsvermə nəticəsində Mişustinin baş nazir vəzifəsi təsdiqlənib.

Mixail Mişustin bəyan edib ki, o, baş nazirin müavinləri və nazirlərdən ibarət kabinet üzvlərini ən qısa zamanda müəyyən edib, təsdiq üçün parlamentə təqdim edəcək.

Mişustin federal icra orqanlarının strukturu ilə bağlı təkliflərini bir həftə ərzində Rusiya prezidenti Putinə, baş nazirin müavinləri və icraçı nazirliyə namizədlərin adlarını isə iki həftə ərzində Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına təqdim etməlidir.

Putin Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşərək Dumanın təsdiqi olmadan birbaşa olaraq xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri, fövqəladə hallar naziri və daxili işlər naziri təyin edəcək.

Qanuna görə, yeni hökumətin təsdiq prosesi ən çox mayın 20-dək çəkə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu