"Mastercard" Çində debet və kredit kartları ilə əməliyyatlara başlayır


ABŞ-ın ödəniş sistemi şirkəti "Mastercard"ın Çində yuan depozitləri ilə debet və kredit kartı əməliyyatlarına başladığı bildirilib.



Sinxua agentliyinin məlumatına görə, "Mastercard"ın Çində NetsUnion ilə tərəfdaşlığı rəsmən fəaliyyətə başlayıb.

Şirkət 3 illik müraciət prosesindən sonra 2023-cü ilin noyabrında Çin Mərkəzi Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyasından əməliyyat lisenziyası alıb.

"Mastercard"a verilən icazə Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində bir addım kimi qiymətləndirilir.

Xatırladaq ki, "American Express"ə 2020-ci ildə ölkədə əməliyyat lisenziyası verilib, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur.

Qeyd edək ki, Çində bank və kart əməliyyatlarında dövlətə məxsus "UnionPay" şirkəti üstünlük təşkil edir. Ölkədə "AliPay" və "WeChat Pay" onlayn ödəniş sistemlərindən də geniş istifadə olunur.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu