Cənubi Koreyada 2 xəstəxanada poliklinika və cərrahi xidmətlər dayandırılıb


Cənubi Koreyada tibb fakültələrinə kvotaların artırılmasına etiraz edən köməkçi və intern həkimlərə dəstək məqsədilə həftənin bir günü işə getməyən həkimlərin aksiyası səbəbindən paytaxtdakı iki böyük dövlət xəstəxanasında poliklinika xidmətləri və bəzi cərrahi əməliyyatlar dayandırılıb.


Cənubi Koreyanın paytaxtı Seulda tibb fakültəsi kvotalarının artırılmasına etiraz edən köməkçi və intern həkimlərin etirazlarına dəstək verən Seul Dövlət Universiteti Xəstəxanası və Severance Xəstəxanasının yüksək ixtisaslı həkimləri həftənin bir günü işə getməyərək etiraz edəcəklərini açıqlayıblar.

Bildirilib ki, sözügedən xəstəxanalarda yüksək ixtisaslı həkimlərin hərəkəti ilə əlaqədar poliklinika xidmətləri və bəzi cərrahi əməliyyatlar dayandırıldığı halda təcili və stasionar müalicələr davam etdiriləcək.

Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirinin müavini Park Min-soo aksiyaya görə böyük bir geriləmə olmayacağını və əlavə hərbi həkimlərin müvafiq qurumlara təyin ediləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu