Cənubi Koreyada həkim böhranı davam edir: Təxminən 5 min adama xəbərdarlıq göndərildi


Cənubi Koreya tibb fakültəsi kvotalarının artırılması qərarına etiraz olaraq istefalarını təqdim edən təxminən 5 min intern həkimə lisenziyalarının dayandırılacağını bildirən xəbərdarlıq edib.


Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Səhiyyə Nazirliyi istefa ərizəsi ilə müraciət edən və vəzifəsini tərk edən 4 min 944 intern həkimə lisenziyalarının dayandırılması ilə bağlı xəbərdarlıq edildiyini, həkimlərə isə vəzifə yerinə qayıtmaları üçün martın 25-dək vaxt verildiyini açıqlayıb.

Səhiyyə nazirinin müavini Jun Byung-vang açıqlamasında nazirliyin işə qayıtmaq istəyən həkimlər üçün qaynar xətt açdığını və hökumətin bu həkimlərə dəstəyini əsirgəməyəcəyini bildirib.

Nazirliyin məlumatlarına görə, hökumətin tibb fakültəsi kvotalarının artırmasına etiraz olaraq istefalarını təqdim edən intern həkimlərin sayı cümə günü 100 xəstəxanada 11 min 994-ə çatıb.

Bu rəqəm Cənubi Koreyada intern həkimlərin 93 faizini təşkil edir.

Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu