Gürcüstan parlamentində bütün tədbirlər ləğv edilib


May ayında aksiya iştirakçılarının Gürcüstan parlamentinin sarayına hücumu nəticəsində parlamentin binasına və infrastrukturuna ziyan dəydiyi üçün bu gün, mayın 2-də planlaşdırılan tədbirlər (büro və plenar iclaslar) baş tutmayacaq.


AFN.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat mərkəzi məlumat yayıb.

Yayılan məlumatda qeyd olunur ki, qanunverici orqanın ərazisində təmizlik-bərpa işləri aparılır, binada fəaliyyət göstərdiyi müddətdə qırmızı mühafizə səviyyəsi tətbiq edilib, müəyyən edilmiş şəxslər istisna olmaqla, heç kim parlamentə buraxılmayacaq.

Xatırladaq ki, mayın 1-də parlament üzvləri “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini 83 səslə ikinci oxunuşda qəbul ediblər.

Bu qanuna qarşı etirazların dağıdılması zamanı hüquq-mühafizə orqanları xüsusi vasitələrdən: su şırnaqlarından, bibər qazından, gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar xüsusi təyinatlıların da rezin güllələrdən istifadə etdiyini iddia etsə də, Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu