Güclü yağışlar Milanda daşqınlara səbəb olub


İtaliyanın Milan şəhərində yağan güclü yağışlar nəticəsində şəhərin bəzi yerlərində daşqınlar baş verib, bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.


Şəhərdə dünən gecədən başlayan və bu gün səhər saatlarında davam edən leysan yağışları şəhərin gündəlik həyatına ciddi təsir göstərərək, məhdudiyyətlərə səbəb olub.

Milan yaxınlığından keçən Lambro axınının həddindən artıq yağıntı səbəbindən daşmasından sonra şəhərin şərqindəki bəzi bölgələrdə daşqınlar baş verib.

Su basan küçə və prospektlər nəqliyyatın hərəkətinə bağlanıb. Bəzi təsərrüfatlara elektrik enerjisi verilməyib.

Güclü yağışların təsirli olduğu Milanın şimalındakı qonşu Monza şəhərində körpələr evi və ibtidai məktəblər daşqın təhlükəsi səbəbiylə tədbir olaraq boşaldılıb.

Əksəriyyəti sular altında qalan Monza parkı da ziyarətçilərə bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu