Kanada Hindistanı ilk dəfə “kiber təhlükə” olaraq tanıdı


Əcnəbilərin kompüter şəbəkələrinə sızmasının qarşısını almaqdan məsul olan Kanadanın kibermüdafiə agentliyi öz hesabatında Hindistanı ilk dəfə olaraq kiber təhlükə olaraq təyin edib.



Kanada Kibertəhlükəsizlik Mərkəzi ölkədə qurumların və vətəndaşların üzləşdiyi kiber təhlükələrə toxunan “Milli Kiber Təhlükələrin Qiymətləndirilməsi (NCTA)” adlı hesabatını dərc edib.

Hindistanı ilk dəfə olaraq kiber təhdid olaraq təyin edən hesabatda Hindistanın Kanada hökumət şəbəkələrinə casusluq etmək məqsədilə kiber fəaliyyətlər həyata keçirdiyi iddia edilib.

İki ildən bir dərc edilən hesabatda Hindistan və Kanada arasındakı münasibətlərin pisləşməyə davam etdiyi üçün Hindistanın kiber təhdidlərinin artacağı vurğulanıb.

Hesabatda Çin, Şimali Koreya, İran və Rusiyanın da Kanadaya qarşı kiber təhdidlər etdiyi ifadə edilərək, Çinin kiber hücumlarının raqibsiz olduğu və Kanadanın kiber təhlükəsizliyi üçün ən böyük təhdid olaraq görüldüyü ifadə edilib.

Hesabatda Çinin kiberhücumlarının iqtisadi və hərbi sahədə üstünlük təmin edəcək məlumat toplamaq məqsədi daşıdığı vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu