"McDonald's"da ölümcül virusun səbəbi məlum oldu
ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli virusunun mənbəyinin "McDonald's" restoranlarında istifadə edilən doğranmış baş soğan olduğunu açıqlayıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi açıqlamaya görə, virusun ehtimal mənbəyi "McDonald's Quarter Pounder" və bəzi digər menyularda istifadə edilən təzə doğranmış soğandır.
Sözügedən soğanların "Taylor Farms" tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib.
"McDonald's" bu soğanları menyularından çıxardığını açıqlayıb.
Virus səbəbiylə ABŞ-ın 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib. Onlarda 27-si xəstəxanaya yerləşdirilib, bir yaşlı insan isə dünyasını dəyişib.
Bazar günü "McDonald's" E. coli testinin nəticələrinin neqativ çıxmasından sonra "Quarter Pounder"in satışlarını bərpa edəcəyini açıqlayıb.
E. coli bakteriyası üç-dörd gün davam edə bilən mədə bulanması, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.
Mənbə: AFP