McDonald's İsraildə française restoranları alacaq


ABŞ-ın restoranlar şəbəkəsi McDonald's, İsrailin Qəzzaya hücumları səbəbiylə hədəfə çevrildiyi boykotlardan biznesinin təsirləndiyini elan etdikdən sonra İsraildə 225 française restoranı alacağını açıqlayıb.


McDonald's-dan verilən açıqlamada İsraildə McDonald's restoranlarının sahibi və işlədicisi Alonyalın "McDonald's Corporation"a satılması üçün müqavilə imzalandığı bildirilib.

Alonyalın 30 il əvvəl İsraildə McDonald's markası ilə fəaliyyətə başladığı, 225 restoranı və 5 mindən çox işçisi olduğu qeyd edilib. Həmçinin McDonald's-ın alış tamamlandıqdan sonra "Alonyal's" restoranlarının və əməliyyatlarının sahibi olacağı, işçilərin ekvivalent şərtlərlə işləməyə davam edəcəyi bildirilib.

Alqı-satqı müqaviləsinin yaxın aylarda tamamlanacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu