Rusiyanın daşınmaz əmlakına həbs qoyulması siyasi məsələ deyil - Finlandiya prezidenti
Finlandiyada Rusiya əmlakının ələ keçirilməsi məsələsi siyasətdən kənara çıxır.
AFN.az TASSa istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb finlandiyalı jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində bildirib.
Ölkə rəhbərinin fikrincə, Rusiya əmlakının həbsi siyasətdən kənardır və hüquqi müstəvidədir: "Finlandiya qanunun aliliyi olan dövlətdir, bu, siyasi məsələ deyil, məhkəmə qərarının icrası ilə bağlıdır".