Finlandiya Qətəri Ukraynadakı münaqişənin həllində mümkün vasitəçi görür
Qətər Ukraynadakı münaqişənin həllində mümkün vasitəçi ola bilər.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
Stubb Ukraynadakı münaqişənin həllində vasitəçilik təklifi ilə Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə əlaqə saxlamaq planlarından danışıb. O, Qətər əmirini Ukrayna ilə bağlı sülh təşəbbüslərində “qlobal cənub” ölkələrinin lideri olmağa çağırmağı düşündüyünü bildirib.
“Qətər müharibədə Finlandiya qədər öz tərəfini seçmədi, ona görə də Qətərin bunda vasitəçi kimi çıxış etmək potensialı var”, - deyə siyasətçi vurğulayıb.