Rusiya Finlandiyaya etiraz notası göndərib


Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya Rusiya əmlakının ələ keçirilməsinə görə etiraz notası verildiyini bildirib.


Nazirliyin açıqlamasında Finlandiyanın daha əvvəl Rusiyaya aid 45 mülkə həbs qərarı verdiyi qeyd edilib.

Bu səbəbdən Finlandiyanın Moskvadakı səfiri Marja Liivalanın nazirliyə çağırıldığı və səfirə etiraz notası göndərildiyi və bu ifadələrin yer aldığı vurğulanıb: "Rusiya tərəfi Finlandiyadan Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını xahiş edib. Səfirə məlumat verilib ki, əks halda Helsinki belə hərəkətin nəticələrinə görə məsuliyyət daşıyacaq. Rusiya tərəfi lazım gələrsə buna qarşı tədbir görəcək."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu