Rusiya XİN Finlandiya səfirini sərhədyanı əməkdaşlıq sazişinin ləğvi barədə məlumatlandırıb


Finlandiyanın Rusiya Federasiyasındakı səfiri Antti Helanteraya oktyabrın 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Moskva ilə Helsinki arasında 24 yanvar 2024-cü il tarixindən transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi barədə nota verilib.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Oktyabrın 25-də Finlandiyanın Rusiyadakı səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə diplomatik nota verilib və orada qeyd olunur ki, bu Sazişin 14-cü maddəsinə uyğun olaraq o, öz fəaliyyətini dayandıracaq. Sənəd 90 gün ərzində, yəni 2024-cü il yanvarın 24-də qüvvədə olacaq”.

Söhbət 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış sazişdən gedir və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Finlandiyanın Rusiyaya qarşı qarşıdurma hərəkətləri ilə əlaqədar onun ləğvi qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu