Polşa Xarici İşlər Nazirliyi Rusiya səfirinə nota verib


Rusiyanın səfiri Sergey Andreyev mayın 10-da Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ona respublikanın sərhədçilərinin təyyarəsi ilə baş vermiş insidentlə bağlı nota təqdim edilib. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mayın 7-də sərhəd xidmətinin saytında Rusiya qırıcısının Qara dəniz üzərində Polşa sərhədçisinin təyyarəsini ələ keçirdiyi barədə xəbər yayılıb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, bütün təyyarə uçuşları neytral sular üzərində hava məkanından istifadəyə dair beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu