Meymun çiçəyinin yeni variantı "clade 1b" ilk dəfə İngiltərədə aşkarlanıb
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) meymun çiçəyi ("Mpox") virusu variantlarından biri olan "clade 1b"nin ölkədə ilk dəfə aşkar edildiyini açıqlayıb.
UKHSA-dan verilən məlumata görə, "Mpox" virusunun "clade 1b" variantı Afrikaya səyahət keçmişi olan bir şəxsdə aşkar edilib.
Həmin şəxsin Londondakı "Royal Free Hospital"da yüksək riskli yoluxucu xəstəliklər şöbəsində müalicə olunduğu bildirilib və 2022-ci ildən ölkədə 2-ci sinif variantının aşağı yoluxucu səviyyədə mövcud olduğu qeyd edilib.
Virusun yayılma riskinin az olduğunu vurğulayan açıqlamada qiymətləndirmələri yer alan UKHSA-nın Baş Sağlamlıq Məsləhətçisi Susan Hopkins, virusa yoluxan şəxsin yaxın təmaslarının da yaxından izlənildiyini söyləyib.