Cənubi Afrikada meymun çiçəyi virusundan ilk ölüm halları qeydə alınıb


Cənubi Afrika Respublikasında ilk dəfə görülən meymun çiçəyi virusu "mpox"dan 2 nəfərin öldüyü bildirilib.



Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) verdiyi açıqlamada ölkənin ən böyük əyalətləri olan Gauteng və KvaZulu-Natalda 6 meymun çiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb.

Açıqlamada ölkədə ilk dəfə aşkarlanan xəstəlikdən 2 nəfərin öldüyü bildirilib.

İlk xəstənin iyunun 10-da Gautengdəki Zembisa xəstəxanasında öldüyü, dünən Kva-Zulu-Natalda meymun çiçəyi virusu aşkarlanan 38 yaşlı kişi xəstənin bu gün dünyasını dəyişdiyi bildirilib.

Məlumatda bütün yoluxmaların epidemiyanın baş verdiyi ölkələrə səyahət tarixi olmayan 30-39 yaş arası kişilərdən ibarət olduğu qeyd edilib. Bildirilib ki, yoluxucu xəstəlik ölkə daxilində yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu