ÜST "meymun çiçəyi" xəstəliyinə yoluxma ilə bağlı məlumat yaydı


Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) "meymun çiçəyi" xəstəliyinə 92 təsdiqlənmiş və 28 şübhəli yoluxma halı barədə məlumat daxil olub.


Bu barədə təşkilatın "Twitter" səhifəsində bildirilir.

Məlumata görə, yoluxma halları dünyanın 12 ölkəsində qeydə alınıb.

Qeyd olunur ki, "meymun çiçəyi" xəstəliyinin endemik olduğu bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu