ÜST “Meymun çiçəyi” ilə bağlı təcili iclas keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatı “Meymun çiçəyi” xəstəliyini müzakirə etmək üçün ekspertlərin təcili iclasını keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” yayıb.
Xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət iclas zamanı müzakirə ediləcək əsas mövzular olacaq.
Xatırladaq ki, “Meymun çiçəyi” xəstəliyi bir neçə ölkədə qeydə alınıb. Hazırda dünyanın müxtəlif ölkələrində sözügedən virusa 60-dan çox yoluxma qeydə alınıb. Virus əsas olaraq ABŞ, Kanada, İspaniya, İtaliya, Portuqaliya, Böyük Britaniya, Fransa, İsveç, Belçika və Avstraliyada aşkarlanıb.