Konqoda M-çiçəyi epidemiyası elan edildi


Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə M-çiçəyi xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib.


Konqo Respublikasının səhiyyə naziri Gilbert Mokoki açıqlamasında ölkədə 19 M-çiçəyi xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini açıqlayıb.

İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan M-çiçəyi iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

28 noyabr 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusun "meymun çiçəyi" əvəzinə "mpox" adlandırıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu