Norveç HHQ-yə dəstək üçün Ukraynaya 118 milyon dollardan çox vəsait ayıracaq


Norveç hökuməti Kiyevə 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayırmaqla Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq.


AFN.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Byorn Arild Qram məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq. “Havadan müdafiə təkcə təyyarələri deyil, həm də silahları tələb edir, həmçinin hədiyyə edilmiş təyyarələri idarə etmək və saxlamaq üçün Danimarkada olduğu kimi, pilotlar və quru personalı hazırlanmalı və öyrədilməlidir. Norveç buna öz töhfəsini verəcək”, - deyə nazir Norveç Nazirlər Kabinetinin saytında qeyd edib.

Nazir qeyd edib ki, Oslo Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Kiyevə 130 şişmə qayıq da təhvil verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu