Keyptaun şiddətli tufan və yağışların təsiri altında: 12 ölü


Cənubi Afrika Respublikası olan Keyptaunda ötən həftədən başlayan güclü külək və yağışlar nəticəsində ölənlərin sayı 12-yə çatıb.


Cənub yarımkürəsindəki ölkədə yazın əvvəlində müşahidə olunan şiddətli tufan xüsusilə ölkənin cənub-qərb sahillərində can və mal itkisinə səbəb olur.

Ötən həftə 93 yaşlı qadın şiddətli dalğalar tərəfindən sürüklənərək ölüb, nəhəng dalğaların vurduğu sualtı qayıqdan suya düşən 7 hərbçidən 3-ü həyatını itirib.

Keyptaunun qeyri-rəsmi yaşayış məntəqələrində bu həftə baş verən iki ayrı hadisədə sel səbəbiylə elektrik dirəklərinin aşması nəticəsində 4-ü uşaq 8 nəfər həyatını itirib.

Keyptaun ətrafında 250 məktəb daşqınlar nəticəsində zərər görüb. Həftənin əvvəlindən 60 məktəbdə təhsil dayandırılıb.

Qərbi Keyp Əyalət Hökumətindən verilən açıqlamada, güclü yağışların səbəb olduğu selin ilkin hesablamalara görə təxminən 73 milyon dollar ziyana səbəb olduğu bildirilib.

Keyptaun ətrafındakı bəzi magistral yollar sel səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu