Nəhəng dalğa 3 nəfərin ölümünə səbəb oldu


Cənubi Afrika Respublikasında şiddətli fırtına zamanı nəhəng dalğaların vurduğu sualtı qayıqdan 3 şəxsi heyət boğularaq ölüb.


Cənubi Afrika Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, Keyptaunun Kommetjie sahillərində yerləşmiş "SAS Manthatisi" sualtı qayığını vuran şiddətli nəhəng dalğanın dənizə atdığı 7 personaldan 3-nün həyatını itirdiyi bildirilib.

Açıqlamada ölənlər arasında Afrikada sualtı qayığa komandanlıq edən ilk qadın zabit olan 33 yaşlı leytenant Gillian Hektorun da olduğu, xilas edilən 4 nəfərin də xəstəxanalara aparıldığı bildirilib.

Prezident Cyril Ramaphosa açıqlamasında hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib və yaralanan personalların bu faciə zamanı yaşadıqları fiziki və psixoloji sarsıntıdan tam sağalacaqlarına ümid etdiyini bildirib.

Kontr-admiral Musavenkosi Nkomonde faciəyə görə donanma festivalının ləğv edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu