Cənubi Afrikada baş verən yanğında ölən 74 nəfərdən 44-nün şəxsiyyəti hələlik müəyyən edilməyib


Avqustun 31-də Cənubi Afrikanın Yohannesburq şəhərinin mərkəzində bir binada baş verən yanğında ölən 74 nəfərdən 44-nün şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.


Cənubi Afrika Respublikası Gauteng Əyalət Sağlamlıq İdarəsindən verilən açıqlamada Yohannesburqun Marşaltaun səmtində 5 mərtəbəli binada baş verən yanğında həyatını itirən daha 18 nəfərin şəxsiyyətinin müəyyən edildiyi açıqlanıb.

Açıqlamada əvvəllər şəxsiyyəti müəyyən edilən 12 nəfər də daxil olmaqla indiyədək ümumilikdə 30 qurbanın şəxsiyyətinin müəyyən edildiyi, 44 qurbanın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd edilib.

Açıqlamada ailələrin yanğında itdiklərini zənn etdikləri yaxınlarının cəsədlərinin tanınması üçün müraciət etdikləri, həyatını itirənlərin şəxsiyyətlərini müəyyənləşdirməyə çalışdıqları bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu