İsveç şahzadəsi kraliçalıq üçün hərbi təlim keçib
İsveçin vəliəhd şahzadəsi Viktoriya gələcək kraliça roluna hazırlaşmaq üçün hərbi təlim keçib. Çətin bir proqramdan keçən 47 yaşlı şahzadə silahlı qüvvələrin paylaşdığı görüntülərdə həm nəzəri, həm də praktiki dərslərlə liderlik və böhran idarə etmə bacarıqlarını təkmilləşdirib.
Şahzadənin hərbi təhsil aldığı görüntüləri İsveç Silahlı Qüvvələri tərəfindən ictimaiyyətlə paylaşılıb.
47 yaşlı şahzadə çətin hərbi təlim proqramına qatılıb, forma geyinib və silaha sarılıb. Təlimi başa vuran Viktoriya həm nəzəri, həm də praktiki kurslar keçib.
İsveç Silahlı Qüvvələri şahzadənin təhsilini əks etdirən görüntüləri ictimaiyyətlə paylaşaraq, Viktoriyanın dövlət başçısı olmağa hazırlaşdığına diqqət çəkib.
Rusiyanın Ukraynanı işğal etməsindən və mart ayında NATO-ya üzv olduqdan sonra İsveç milli təhlükəsizlik siyasətini dəyişib.
Qeyd edək ki, şahzadə Viktoriyanın 12 yaşlı qızı və 8 yaşlı oğlu var.
Mənbə: 9Honey