Uels şahzadəsi Ketrinin ictimai yerlərdə olmaması sui-qəsd ehtimallarını artırır


Uels şahzadəsi Ketrin ictimai yerlərdə olmaması sui-qəsd ehtimallarını artırıb. Şahzadə Ketrinin rəsmi sözçüsü yalnız onun sağlamlığının çox yaxşı olduğunu deyir. Yanvarın 17-də vəliəhdin yaşadığı İngiltərədəki Kensinqton sarayından verilən açıqlama sui-qəsd nəzəriyyələrini ortaya çıxarıb.


Açıqlamada şahzadə Ketrinin qarnından əməliyyat olunduğu bildirilsə də, ətraflı məlumat verilməyib. Şahzadənin o gündən bəri ictimaiyyət arasında görünməməsi də söz-söhbətləri artırıb. Şahzadənin övladları ilə fotosu 8 Mart Beynəlxalq Qadınlar Günündə paylaşılıb. Lakin fotonun saxtalaşdırıldığı məlum olduqdan sonra agentliklər fotonu geri götürüblər.

Sui-qəsd nəzəriyyələrinin başında Şahzadənin xəyanətlə üzləşdiyi iddiası var. Şahzadənin yaşadığı travma nəticəsində depressiyaya düşdüyü və psixoloji müalicə aldığı iddia edilir. Hətta cütlüyün boşanacağı da deyilir.

ABŞ-da sui-qəsd nəzəriyyələri çox fərqlidir. Bəzilərinə görə, şahzadə musiqi yarışmasına maskalarla qatılıb. Bəzilərinə görə isə plastik əməliyyat etdirib. Ketrinin rəsmi sözçüsü isə ssrarla deyir ki, şahzadənin səhhəti çox yaxşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu