Şahzadə Uilyam arvadının artan populyarlığını qısqanır
Şahzadə Uilyam və Keyt Midlton son bir il ərzində böyük problemlərlə üzləşiblər, lakin onların şəxsi münasibətləri də çətin bir dövrdən keçir.
“In Touch Weekly” mənbəyə istinadən yazır ki, atası Kral III Çarlz şahzadə Diananı qısqandığı kimi, Uels şahzadəsi də həyat yoldaşının artan populyarlığını qısqanır.
Cütlük üç övlad böyütmək, Şahzadə Harrinin dəhşətli xatirələrindən çıxan nəticələr və artan iş yükü də daxil olmaqla bir çox problemlə üzləşib.
Cütlüyün ictimai çıxışlarının dinamikası da dəyişib. "Keyt və Uilyamın birlikdə çıxış etməsi həmişə çox populyar olub, lakin indi bunu daha çox təkbaşına edirlər. İstənilən evli cütlük hər gün bütün günü birlikdə işləməyin gərginliyini hiss edəcək. Üstəlik, görünür ki, Uilyam Keytin aldığı diqqətə paxıllıq edir. Uilyam onun daha çox sevilməsindən inciməyə başlayıb. O, təkbaşına tədbirlər görməyi xoşlayır, çünki onlar birlikdə olanda bütün diqqəti Keyt özünə çəkir”, - deyə mənbə bildirib.